Bilgəh qəsəbəsində yerləşən oteldə Bakı şəhər sakini Rasim Məmmədovun pulunu və mobil telefonunu oğurlamış paytaxt sakini Anastasiya Sadıqova tutulub.
Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 20-də Bilgəh qəsəbəsində yerləşən oteldə Bakı şəhər sakini Rasim Məmmədovun 1 000 avrosu və mobil telefonu oğurlanıb.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Anastasiya Sadıqova tutulub.
Faktla bağlı araşdırma aparılır.