Bakıda bir qrup seksual azlıq nümayəndələri qarət törədiblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”a Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən bildiriblər.
Fevralın 6-da saat 16:45 radələrində paytaxt sakini, 1989-cu il təvəllüdlü Zeynalov Fərid Asəf oğlu qarət edilib. F.Zeynalov 13-cü polis bölməsinə müraciət edərək üç naməlum şəxs tərəfindən hücuma məruz qalaraq döyüldüyünü və 55 manatının əlindən alındığını bildirib.
Axtarış-əməliyyat tədbirləri nəticəsində asayiş keşikçiləri şübhəlilərin izinə düşərək onları saxlayıblar. Bu, Yardımlıdan 1993-cü il təvəllüdlü V.Şahbazov, Masallı sakini, 1986-cı il təvəllüdlü Y.Heydərov və Laçın rayon sakini, 1996-cı il təvəllüdlü N.Hümbətzadə olub.
İstintaqın gedişatında saxlanılanların qeyri-ənənəvi seksual oriyentasiyalı olduqları məlum olub.
E.Ə.
www.oxu.az