Bakıda qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, Buzovna qəsəbəsində, “Əli Ayağı” ziyarətgahına gedən yolda şəxsiyyəti məlum olmayan 30-35 yaşlı qadının meyiti tapılıb.
Meyitə ilkin baxış zamanı qadının bıçaqlanaraq öldürüldüyü məlum olub.
Hazırda polis öldürülən qadının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparır.