İstənilən xalqın yaxşı və pis, ağıllı və ağılsız, vicdanlı və vicdansız adamları var. Bəli, mənim həmvətənlərim yaxşı alver edirlər, buna görə də Rusiyada bazarda gül satan papaqlı azərbaycanlı obrazı möhkəmlənib.
Lakin sirr deyil ki, qırmızı burunlu rus sərxoş Vanka obrazı da var və bu imici də aradan qaldırmaq lazımdır.
Demək olmaz, əgər rusdursa, deməli mütləq Çaykovski və ya Tolstoy olmalıdır, lakin hamını sərxoş adlandırmaq da düzgün deyil. Həmçinin bizim diaspora haqqında da. Bizim yaxşı həkimlərimiz və pedaqoqlarımız, elm adamlarımız var. Tanınmış musiqiçilərimiz də...
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın “Mir Novostey” nəşrinə müsahibəsində Azərbaycanın Rusiyadakl səfiri, xalq artisti Polad Bülbüloğlu deyib.
Özü haqqında danışan Bülbüloğlu deyib ki, onun əsl soyadı Məmmədovdur.
“Lakin Azərbaycanda Məmmədov Rusiyada İvanov soyadı kimidir. Atamı qeyri-adi səsinə görə Bülbül adlandırıblar. 1961-ci ildə atam dünyasını dəyişəndən sonra mən pasportda soyadımı Bülbülə dəyişdim, yəni atamın adı soyadım oldu. Əgər dəyişməsəydim belə, istənilən halda deyəcəkdilər:
“Məmmədov kimdir? Bülbülün oğlu”. Bundan başqa, axı Şərqdə heç vaxt “ov” və “ev” sonluğu olmayıb. Bunu sovet dövründə tətbiq ediblər. Həmişə “ibn”, “oğlu” və ya “zadə” olub. Bu, sovet dövründə aradan götürülmüş ənənə idi. Lakin biz bunu bərpa etdik... Doğrudur, çətinliklər olurdu.
Məni komsomol “raykomuna” çağırdılar və soruşdular ki, “sənə kim ağıl qoyub”. Cavab verdim: “Heç kəs. Atamın adını daşımaq istəyirəm”.