"Qürurumuzu, namusumuzu, qeyrətimizi bizə qaytardılar. Sevincimizin həddi-hüdudu yoxdur".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün Ağdam rayonuna köç edən keçmiş məcburi köçkün Nərgiz Mustafayeva deyib.
O bildirib ki, bu gün bacısı da Ağdama köçür:
"36 ildən sonra Vətənə qayıtmaq nə deməkdir? Bunu sözlə ifadə etmək çətindir. Nə deyə bilərəm? Sevincimizin həddi-hüdudu yoxdur. Bura ata-baba yurdumuzdur, ocağımızdır.
İlk növbədə şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayıram. Prezidentimizə cansağlığı olsun, Ali Baş Komandanımız sağ olsun".