Bakı şəhərində mənzildən külli məbləğdə pul və qızıl-zinyət əşyaları oğurlanıb.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 21 ünvanında qeydə alınıb.
Həmin evdə yaşayan 1980-cı il təvəllüdlü Leyla Abdullayevanın mənzilindən açıq pəncərədən keçməklə 17000 ABŞ dolları və 25000 ABŞ dolları dəyərində qızıl-zinyət əşyaları oğurlanıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən istintaq aparılır.
E.Ə.
www.oxu.az