Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda qızına təcavüz edən ataya HÖKM OXUNDU
Bakıda qızına qarşı seksual xarakterli zorakılıq əməlləri törədən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Göygöl rayon sakini olan 1981-ci il təvəllüdlü E.Ramazanovun (şərti) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
O, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə mühakimə olunub və təqsirli sayılıb.
Prokurorluğun apardığı ibtidai istintaq və məhkəmə araşdırması zamanı məlum olub ki, E.Ramazanov ailəsi ilə birlikdə Bakıda yaşayıb. Onun həyat yoldaşı mənzil-kommunal təsərrüfatında çalışıb və hər gün səhər sübh tezdən işə gedib. Bundan sonra E.Ramazanov evdə olarkən qızı - 2007-ci il təvəllüdlü F.Ramazanovaya təcavüz edib. O, əməllərini 3 il ərzində - 2021-2024-cü illərdə mütəmadi formada həyata keçirib.
Yeniyetmə qız başına gələnləri sübut etmək üçün atası ilə danışığını lentə alıb və həmin səs yazısını hüquq-mühafizə orqanlarına təqdim edib.
Səs yazısından aydın olur ki, E.Ramazanov əməllərinə haqq qazandırmaq istəyib və təcavüz etdiyi qızını ələ almağa çalışıb, ona telefon alacağı vədini verib, şikayət etmək fikrindən daşındırmağa cəhd göstərib. Amma qız polisə şikayət edib.
Bundan sonra E.Ramazanov barəsində cinayət işi açılıb və o həbs olunub.
"Zorlama hadisəsi" teqi üzrə xəbərlər
- Kevin Speysi ətrafında yeni qalmaqal: Britaniyalı aktyor təcavüzə görə məhkəməyə müraciət etdi
- Daha bir kişi Diddini təcavüzdə ittiham edir - Məhkəməyə müraciət etdi
- Türkiyədə zorlandıqdan sonra ölən iki yaşlı Sılanın anasına və təcavüzçülərə hökm oxundu
- Hollivudda 80-dən çox aktrisanı zorlayan rejissor "antisanitariya"ya görə həbsxananı məhkəməyə verir
- Yatızdırıb zorlayırmış: Kral ailəsində qalmaqal bütün Norveçi silkələdi