Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda sabiq rəis həbs edildi
Suraxanı Rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Haşımov rüşvət almaqda ittiham olunur.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, M.Haşımov bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İttihama görə, o, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan rüşvət alıb. Ağır cinayətə görə rəis barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayətdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi zərər çəkib. Cinayət işi üzrə zərərçəkmiş qismində də elə sözügedən agentlik tanınıb.
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)" teqi üzrə xəbərlər
- Xocəsən-Biləcəri xəttində qəza baş verib, Bakının bəzi ərazilərində su kəsilib
- Azərbaycan Su Ehtiyatları Agentliyində iki qardaşa yüksək VƏZİFƏ VERİLDİ
- Şöbə müdiri: "Sudan ödənişli istifadə qaydasının diferensiallaşdırılması üçün layihə hazırlanacaq"
- "Azərbaycanın su ehtiyatlarında 20% azalma müşahidə olunur"
- Rafiq Verdiyev: "İri çayların Ermənistan tərəfindən çirkləndirilməsi davam edir"
Ən çox oxunanlar