Bakıda zəncirvarı yol qəzası baş verib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, yol qəzası paytaxtın Ziya Bünyadov prospektindəki tuneldə baş verib.
Hadisə nəticəsində 1-i yük maşını olmaqla, 4 avtomobil toqquşub. Nəticədə iki nəfərin xəsarət aldığı bildirilir.
Hadisəyə səbəb yük maşınının tuneldə saxlanılması olub. Yük maşını tuneldə qəfil dayandığından arxadan gələn “Mercedes” markalı 3 avtomobil bir-birinə çırpılıb.
Ərazidə böyük tıxac yaranıb. Hadisə yerinə cəlb olunan yol polisləri yaranmış tıxacı aradan qaldırmağa çalışır.
Z.Q