Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq, həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisi aşkar edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, ümumi çəkisi 2 ton 150 kiloqram yabanı çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Rəylər