Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bankdan milyonlarla manat kredit götürən iş adamı həbs olundu
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə “Beynəlxalq Bank”ın nümayəndəsi mülki iddia qaldırıb. O, banka vurulan ziyanın 15 milyon manat olduğunu və bu pulun üç milyon manatının istintaq dövründə ödənildiyini qeyd edib.
Mülki iddia icraata götürülüb. Məhkəmə baxışı yanvarın 11-nə təyin edilib.
İttihama görə, iş adamı R. Allahverdiyev “Azərbaycan Beynəlxalq Bankı”nın Moskva filialından 15 milyon manat kredit götürüb. Lakin sonradan krediti qaytara bilməyib. Buna görə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Etibar Məmmədov
"Azərbaycan" teqi üzrə xəbərlər
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"
Rəylər