Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya olundu
Qazaxıstan beynəlxalq axtarışda olan şəxsi ölkəmizə ekstradisiya edib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, Azərbaycan vətəndaşı Alyar Əhməd oğlu Həsənovun ekstradisiyası Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Alyar Həsənovun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Fevralın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Qazaxıstandan ölkəmizə gətirilib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana gətirildi
- Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib
- Beynəlxalq axtarışda olan üç nəfər Azərbaycana gətirildi
- Paytaxtın beş rayonunda 60 min manatlıq cinayət: Baş Prokurorluq məlumat yaydı
- Baş Prokurorluq və Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalandı