Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonunda baş verən sursat partlayışı hadisəsi ilə bağlı məlumat yayıb.
ANAMA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, 2024-cü il 10 fevral tarixində Xocavənd rayonunun Çartar kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib.
Arıçılıq təsərrüfatı ilə məşğul olan 1996-cı il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının alışdırıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb.
Zərərçəkən şəxsin sağ əlinin üç barmağı amputasiya olunub.
11:04
Xocavənddə hərbi təyinatlı partlayıcı partlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, fevralın 10-da saat 09:30-da Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub.
Bildirilib ki, 1996-ci il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
Xocavənddəki partlayışın TƏFƏRRÜATI - YENİLƏNİB + VİDEO
Rəylər