Azərbaycan Beynəlxalq Bankının (ABB) Quba filialına bomba qoyulması barədə məlumat yalandır.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə ABB-dən deyiblər.
Bankdan bildiriblər ki, filial artıq normal iş rejiminə qayıdıb:
"Bu gün naməlum şəxs banka zəng edərək ABB-nin Quba filialına bomba qoyulması barədə məlumat verib. Bankın təhlükəsizlik xidməti hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Görülmüş işlər nəticəsində bomba barədə məlumat təsdiqini tapmayıb".
ABB-dən bildiriblər ki, hazırda zəngin haradan daxil olduğu araşdırılır.
15:50
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Bakıdakı mərkəzi ofisinə bankın Quba filialına bomba qoyulması ilə bağlı məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, “Report”un məlumatına görə, Quba Rayon Polis İdarəsinin əməkdaşları bankın ofisini nəzarətə götürüb, işçilər binadan kənarlaşdırılıb, hazırda əməliyyat tədbirləri davam etdirilir.
Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, Beynəlxalq Bankın filialı nəzarət altındadır.
E.Ə.
www.oxu.az