Azərbaycanda İran vətəndaşından xeyli miqdarda narkotik vasitə götürülüb.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Lətifi Qulamrza Əmirəlidən və Cəlilabad şəhər sakini Elməddin İsbatovdan 1 kiloqram 300 qram heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az