Bakıda bir sıra oğurluq cinayətlərini törətmiş şəxslən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, saxlanılan şəxslər son üç ay ərzində Bakı şəhəri ərazisində bir sıra oğurluq cinayətlərini törədiblər.
Belə ki, ötən il dekabrın 10-dan bu il fevralın 18-dək olan müddətdə Bakı şəhər sakinləri X.Xəlilova məxsus mağazadan, N.Zamanzadəyə məxsus çantadan, İ.Vəliyevaya və İ.Əliyevaya məxsus gözəllik salonundan pul, tütün məmulatı, ərzaq məhsulu və məişət əşyası oğurlanıb.
Əlahiddə Çevik Polis Alayı, Xəzər RPİ 2-ci PB və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Alişan Məmmədov və Gəncə şəhər sakini Pərviz Niyazov saxlanılıb.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 3 nəfərə məxsus mağaza və gözəllik salonundan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az