Gürcüstan XİN rəhbəri Mixail Canelidze martın 6-da Azərbaycana rəsmi səfərə gəlir.
Oxu.Az xəbər verir ki, bunu Trend-ə diplomatik mənbə deyib.
O, martın 7-də ölkənin rəsmi şəxsləri ilə danışıqlar aparacaq, danışıqlar zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Danışıqlarda, həmçinin iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulacaq.