Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dələduzluğa görə axtarışda olan şəxs ƏLƏ KEÇDİ
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etdiyinə görə axtarışda olan Bərdə rayon sakini Səbri Abdullayev saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin etibarından istifadə edərək ona torpaq sahəsinin sənədlərinin hazırlanmasında köməkliklər göstərəcəyi bərədə yalan vədlər verib və 5800 manatını ələ keçirib.
S.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Ən çox oxunanlar