Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Doğum günündə maşın vurub öldürmüşdü - Dostu həbs edildi
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs həbs edilib.
Oxu.Az-ın "Qafqazinfo"ya istinadla xəbərinə görə, Şərur Rayon Məhkəməsinin hökmü ilə rayonun Çomaxtur kənd sakini 1963-cü il təvəllüdlü Xəlil Xəlilova 5 il 1 ay həbs cəzası verilib.
O, məhkəmə zalında həbs olunub. Əlavə olaraq onun 2 il nəqliyyat vasitəsi idarə etmək hüququ da məhdudlaşdırılıb.
Bildirilib ki, ağır qəza ötən il noyabrın 11-də elə Çomaxtur kəndində baş verib. "Mercedes-Benz" markalı avtomobilində həyat yoldaşı ilə birgə qohumunun yas mərasiminə gedən Xəlil yolda təsadüfən dostu Qurbanı vurub.
Mərhumun ailə üzvləri bildiriblər ki, hadisə baş verən gün Qurbanın doğum günü olub. O, təqsirləndirilən sürücü ilə dost olub və vaxtaşırı kənddəki çayxanada domino oynayırmış.
Həmçinin iddia edilib ki, hadisə vaxtı Xəlil avtomobili saatda 140 kilometr sürətlə idarə edirmiş.
"Piyadavurma" teqi üzrə xəbərlər
- Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı - ANBAAN GÖRÜNTÜLƏR
- Lənkəranda avtomobil vuran üçüncü sinif şagirdinin VƏZİYYƏTİ AÇIQLANDI
- Skuterin vurduğu aktrisanın vəziyyəti açıqlandı
- Bakıda "Lexus" piyadanı VURDU: Hadisə yerində öldü
- Universitetə sənəd verən məktəbliləri MAŞIN VURDU: Xəstəxanaya yerləşdiriliblər