2014-cü ilin noyabr ayı ərzində Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 19 halda 25 nəfər saxlanılıb.
Oxu.Az Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına istinadən xəbər verir ki, saxlanılan şəxslərin 7 nəfəri Özbəkistan, 6 nəfəri Əfqanıstan, 4 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Türkiyə, 3 nəfəri İran İslam Respublikası, hər ölkədən 1 nəfər olmaqla Rusiya Federasiyası və Moldova vətəndaşı olub.
DSX sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 10 halda 18 nəfər, Xəzər dənizində 15 halda 23 nəfərin saxlanılaraq barələrində müvafiq tədbirlərin görüldüyünü qeyd edib.
Noyabr ayı ərzində DSX cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 223 nəfəri aşkarlayaraq aidiyyəti orqanlara təhvil verib.