Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlayanlar HƏBS OLUNDULAR
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aqil Göycə oğlu Aslanov və Azərbaycan Respublikasının vətəndaşı Ceyhun Şahin oğlu İsmayılov saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlum olub ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək, 200 000 ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif ediblər. Qarşılıqlı razılıq əsasında Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb, bunun üçün isə 2 000 ABŞ dolları məbləğində avans təqdim edilib.
Tapşırığın icrası ilə bağlı Bakı şəhərinə gələn Aqil Aslanov maddi maraq müqabilində cinayət əməllərində iştiraka cəlb etdiyi Ceyhun İsmayılovla birgə dini icma üzvü barədə məlumatların toplanılması istiqamətində işlər görüblər, onun yaşayış və iş yerinin məkan göstəricilərini müvafiq mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndəriblər.
Faktla əlaqədar DTX-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 276 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə məhkəmə tərəfindən Aqil Aslanov və Ceyhun İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- "Etdiyim əməllərdən peşmanam": Dövlət xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənin məhkəməsi
- Terrorçuluğa çağırışlar edən şəxsə hökm elan olundu
- DTX tərəfindən həbs olunan şəxs hansı vədlər müqabilində Fransaya casusluq edib? - MƏHKƏMƏ İŞİ
- Dövlətə xəyanətə görə həbs edildi - DTX-dən ƏMƏLİYYAT
- Casusluqda ittiham olunanlar hakim qarşısına çıxarıldı
Rəylər