Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

DTX-nin həbs etdiyi sabiq icra başçısının müavininin məhkəməsi təxirə salınıb
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısının müavini Ramiz Tatarovun məhkəməsi təxirə salınıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsində keçirilən proses baş tutmayıb.
Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı saxlanılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.
N.Quliyev 2021-ci ildə həbsxanada ölüb.
Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.
Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.
Ali Məhkəmədə isə Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.
"Gəncə Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- "Qazaxlı Alik"in oğluna HÖKM OXUNDU
- Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU
- "TikTok"da ərinin xəyanət etdiyini görən qadın CİNAYƏT TÖRƏTDİ
- Qardaşı arvadını azyaşlı uşağın gözü qarşısında öldürən şəxsə AĞIR CƏZA
- Elsun Əhmədov külli miqdarda RÜŞVƏT ALIBMIŞ