Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Ələkbəri intihara aparan "Mavi Balina": Sonuncu oyunda özünü ürəyindən vurmalı İMİŞ - ŞOK DETALLAR](https://images.oxu.az/2025/02/07/qTvIq6fkTEbv2QNJCrhmJ8gsyFj5BYwKmcb4fTkX:1200.jpg)
Ələkbəri intihara aparan "Mavi Balina": Sonuncu oyunda özünü ürəyindən vurmalı İMİŞ - ŞOK DETALLAR
Yardımlıda intihar edən Ələkbər Şükürlünün ölümü ilə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, yeniyetmə "Mavi Balina" adlı oyunun təsiri altına düşüb.
Belə ki, 50 təlimatdan ibarət oyunun sonunda ona özünü öldürməsi ilə bağlı göstəriş verilib, yanvarın 27-nə qədər vaxt qoyulub.
Yeniyetmə oyuna başlamadan əvvəl ondan özünün, ailə üzvlərinin şəxsi məlumatları və şəkilləri istənilib. Daha sonra Ələkbər həmin şəkillər vasitəsilə şantaj edilib. Yanvarın 27-də intihara ürək etməyən yeniyetmə davamlı olaraq təhdidlər alıb. "Özünü öldürməsən, ailə üzvlərini öldürəcəyik" formasında bildirişləri görən Ələkbər son çarəni özünü öldürməkdə görüb. Hətta ona silahdan istifadə qaydaları öyrədilib və özünü ürəyindən vurması ilə bağlı təlimatlar təqdim edilib.
Əldə etdiyimiz başqa məlumata görə, daha bir yeniyetmə Ələkbərlə birgə bu oyuna başlasa da, 40-cı təlimatda oyun oynamağı sonlandırıb.
Fevralın 4-də Ələkbər Şükürlü özünü adyala bükərək, ov tüfəngi ilə ürəyinə atəş açaraq həyatına son qoyub. İntihardan sonra anası oğlunun yazdığı məktubu tapıb. Məktubda "Ana, ata, mən ölməsəm, sizi öldürəcəklər. Özünüzə yaxşı baxın. Sağ olun" sözləri yazılıb.
Bundan sonra ana övladının telefonunu açmaq istəyib. Lakin şifrəni yalnız Ələkbərin özündən yaşca kiçik əmisi oğlu bilib və telefonu o açıb.
Oyundan ona davamlı olaraq "Özünü öldür" bildirişlərinin gəldiyini görüblər.
Qeyd edək ki, Ə.Şükürlünün gələn ay ad günü olacaqdı.
Aytac Qasımova
"İntihar hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda 52 yaşlı kişi özünü binadan atdı
- Oyuna görə özünü öldürən Ələkbərin intiharında YENİ DETAL
- Bakının mərkəzində İNTİHAR - Qazanxananın borusuna çıxıb özünü atdı
- Ağcabədidə keçmiş məhkum özünü asdı
- İntihar edən yeniyetmə ilə bağlı TÜKÜRPƏDƏN MƏLUMAT: Qatıldığı oyunda özünü öldürməsi tapşırılıbmış
Rəylər