Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bəzi rayonlarda küləkli və yağıntılı hava davam edir - FAKTİKİ HAVA - 07.02.2025
Saat 19:00-a olan məlumata əsasən, bəzi rayonlarda küləkli və yağıntılı hava şəraiti davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Neftçala, Biləsuvar, Lənkəran, Astarada arabir yağış, Qəbələ, Quba, Şahdağ, Yardımlı, Lerikdə isə qar yağır.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq külək Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-yə çatıb.
Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Quba, Qusar, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 11, Naxçıvan MR-da 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Fevralın 10-dan ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Saat 14:00-a olan məlumata əsasən bəzi rayonlarda küləkli və yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, şimal-qərb küləyi əsir.
Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 28m/s, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Neftçalada 20 m/s, Altıağac, Qobustanda 18 m/s, Şirvanda 16 m/s-yə çatıb.
Gəncə, Şəmkir, Tərtər, Lənkəran, Astarada arabir yağış, Quba, Altıağac, Şahdağ, Yardımlı, Lerikdə isə qar yağır.
Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Zaqatala, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Sabirabadda duman müşahidə olunur. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da üç dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta qeydə alınıb.
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
Bildirilib ki, fevralın 7-də saat 9:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şamaxı, Neftçalada 20 m/s, Qobustan, Şirvanda 18 m/s, Şahbuzda 17 m/s-yə çatıb.
Düşən yağıntının miqdarı Astarada 32, Lənkəranda 17, Biləsuvarda 12, Tərtərdə 11, Beyləqanda 10, Ağdamda 8, İmişlidə 6, Cəfərxanda 5, Yevlax və Sabirabadda 4, Mingəçevir, Zərdab və Şəkidə 3, Mingəçevir və Oğuzda 2, Kürdəmir, Bərdə, Göyçay, Qəbələ, Qobustan, İsmayıllı, Ceyrançöl, Tovuz, Zaqatala, Balakən, Ağstafa və Naxçıvanda 1 mm-dək qeydə alınıb.
Dağlıq rayonlara qar yağır, qar örtüyünün hündürlüyü Lerikdə 50, Yardımlıda 25, Şuşa və Qubada 20, Kəlbəcər və Laçında 19, Xaltan və Xınalıqda 13, Şahdağda 10, Altıağacda 9, Xankəndidə 7, Qusarda 3, Gədəbəy, Şərurda 2, Altıağac, Daşkəsəndə 1 sm-dir.
Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qırız, Göyçay, Zərdab və Sabirabadda duman müşahidə olunur. Dumanda görünüş 100-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 7, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.

"Faktiki hava" teqi üzrə xəbərlər
- Ölkə ərazisində dumanlı hava şəraiti davam edir - FAKTİKİ HAVA - 11.03.2025
- Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək? - 10.03.2025
- Ölkə ərazisində hava yağmursuz keçib - FAKTİKİ HAVA - 07.03.2025
- Qarlı hava şəraiti nə vaxtadək davam edəcək? - 27.02.2025
- Bəzi ərazilərə qar yağır, güclü külək əsir - FAKTİKİ HAVA - 26.02.2025