Ağdam rayonunda narkotik vasitənin satıṣında şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Nicat Məmmədov saxlanılıb.
Onun yaşadığı ünvanda aparılan axtarış zamanı satıṣ məqsədi ilə sellofan torbalarda və kibrit qutularda qablaşdırdığı, həmçinin üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.