Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fazil Mustafaya qarşı teraktın daha bir iştirakçısının kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhd ilə bağlı saxlanılan altı nəfərdən birinin də kimliyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxs İlkin Süleymanovdur.
O, Xocəsəndə keçirilən əməliyyat zamanı tutulub.
Həmin şəxsin fotolarını təqdim edirik:
11:37
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçı və iştirakçılarından dörd nəfərin adı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanovdur.
O, 1976-cı ildə Salyan rayonunda anadan olub. 1993-2002-ci illərdə Qum şəhərində yaşamaqla orada təhsil alıb, təhsil aldığı müddətdə İran İslam Respublikasının (İİR) xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub. Azərbaycana qayıtdıqdan sonra İİR xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə xeyriyyəçilik adı altında ölkədə biznes fəaliyyəti qurub. Sonrakı müddət ərzində dəfələrlə İİR-ə səfərlər edib. İİR xüsusi xidmət orqanlarından aldığı sifariş əsasında məlum cinayətin törədilməsinin maliyyə və təşkilatı işlərini təmin edib.
Hadisə zamanı deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğlu olub. O, 1986-cı ildə Ağdam rayonunda anadan olub. Əvvəllər dəfələrlə İİR-ə səfər edib, orada olduğu müddətdə İİR xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub və döyüş hazırlığı keçib. Azər Səricanovdan aldığı təlimat əsasında məlum cinayəti icra edib.
Dəstənin digər üzvləri:
Əsgərov Elşad Tofiq oğlu – 1983-cü ildə Bakı şəhərində anadan olub. Əvvəllər dəfələrlə İİR-ə səfər edib. Məlum cinayətin törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib.
Əliyarov Emin Rafiq oğlu – 1970-ci ildə Bakı şəhərində anadan olub. Əvvəllər dəfələrlə İİR-ə səfər edib. Məlum cinayətin törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
Rəylər