Dekabrın 6-da “Avesta” Konserninə basqın olub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu M.Araz küçəsində yerləşən “Avesta” konserninə girən Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən, Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135.000 manat pulu götürüb,“İnfiniti” markalı avtomobildə qaçıblar.
Nazirliyin məlumatında qeyd olunur ki, Bakı Dövlət Yol Polisi İdarəsi, Nərimanov RPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin şirkətin mühafizəçisi Füzuli Nəbiyev və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar.
Qeyd edək ki, “Avesta” Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmliyə məxsusdur.