Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Həyat yoldaşını öldürmək istəyən şəxsə HÖKM OXUNDU
Gəncədə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Zaur Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Zaur Süleymanov 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Zaur Süleymanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2022-ci il dekabrın 14-ü baş verib. Zaur Süleymanov həyat yoldaşı Aytən Süleymanova ilə yaşadıqları evdə mübahisə edib və ona bıçaqla çoxsaylı xəsarətlər yetirib. Aytən Süleymanovanın həyatını xilas etmək mümkün olub.
Təqsirləndirilən Zaur Süleymanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Abşeronda DƏHŞƏT: Gənc oğlan anasının qətlində şübhəli bilinir
- Rusiyada dəhşətli qətl: Qadını parçalayıb cəsədini ərzaq arabasında daşıdı
- Cinsi zorakılıqda ittiham olunan Dani Alveş bəraət aldı
- Diddi Kanye Uestlə telefon danışığında təhlükə barədə xəbərdarlıq etdi
- İcma: "Ermənistan qalan digər məsələlər üzrə də öz üzərinə düşəni etməlidir"