Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə mətbuat konfransı keçirilib
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Kolonializm: Milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransdan bir gün öncə mətbuat konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, mətbuat konfransında Fransa və Niderland müstəmləkələrindən olan müstəqillik hərəkatlarının nümayəndələri, dekolonizasiya üzrə ekspertlər, reparasiya məsələləri ilə məşğul olan mütəxəssislər və insan hüquqları müdafiəçiləri iştirak ediblər.
Tədbirdə Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polinezyası, Mayot, eləcə də Valis və Futunadan azadlıq hərəkatının tanınmış simaları bir araya gəliblər.
Konfransda Fransa hökuməti tərəfindən qeyri-qanuni həbs edilmiş kanaklı siyasi məhbusların ailə üzvləri də iştirak ediblər.
Onlar ailə üzvlərinin həbsinin siyasi motivli olduğunu vurğulayaraq, bunun Kanak xalqının azadlıq və öz müqəddəratını təyin etmə hüququnun qarşısının alınmasına qarşı yönəldiyini və Fransa hökumətinin müstəmləkəçi siyasətinə qarşı çıxdıqları üçün hədəfə alındığını bildiriblər. Siyasi məhbusların ailələri Fransa hökumətinin onların hüquqlarını kobud şəkildə pozduğunu, saxlanılma şəraitlərinin qeyri-insani olduğunu və hüquqi müdafiə imkanlarının məhdudlaşdırıldığını bildiriblər. Onlar beynəlxalq təşkilatları təzyiq göstərməyə və məhbusların dərhal azad edilməsinə çağırıblar.
Tədbir iştirakçıları siyasi məhbusların müstəqillik hərəkatları üçün rəmzi əhəmiyyətini vurğulayaraq, bu məsələnin ədalətli və təcili həllinin vacibliyini qeyd ediblər.
Sadalanan faktlar Yeni Kaledoniyada müstəqillik mübarizəsində insan hüquqları pozuntularının real vəziyyətinə diqqəti çəkərək beynəlxalq ictimaiyyətin müdaxiləsinin zəruriliyini bir daha qabardıb.
Qonaqlar müstəmləkəçiliyin davam edən təsirləri, milli və dini kimliyin qorunması istiqamətində görülən işlər və müstəqillik hərəkatlarının üzləşdiyi təhdidlər barədə jurnalistlərin suallarını cavablandırıb, Azərbaycanın dekolonizasiya prosesində qlobal rolunu yüksək qiymətləndiriblər.
Aləmdə Nəsib
"Yeni Kaledoniya" teqi üzrə xəbərlər
- BTQ-dən müstəmləkəçiliyə qarşı mübarizəyə dəstək fləşmobu ilə bağlı paylaşım
- Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilib
- Eugene Tetuanu: "Fransa diktaturasına dur deyək!"
- Yeni Kaledoniyada qanunsuz həbslərə diqqət çəkmək məqsədilə fləş-mob təşkil edilib
- Bakıda kolonializmlə mübarizəyə həsr edilən sərgi keçirilir