Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İki milyonluq mənimsəmədə təqsirləndirilən sabiq rəis ilə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində Hərbi Polisin iki milyon manata yaxın mənimsəmədə ittiham olunan sabiq maliyyə xidmətinin rəisi Sadiq Hacıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur. O, həmçinin Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.
"Bakı Apellyasiya Məhkəməsi" teqi üzrə xəbərlər
- Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim"
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı növbəti qərarı verdi
- "Tərtər işi" ilə bağlı ittiham olunanlar və zərərçəkənlər işə xitam verilməsini istəyiblər
- Bakıda üç nəfəri qətlə yetirən şəxs cəzasını ömürlük çəkəcək - QƏRAR
- Tanış olduğu qadının evinə gedən şəxs onun ərini baltaladı - QƏRAR