Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda dərman keçirilməsinin qarşısı alınıb
Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, oktyabr ayının 7-də saat 17:54-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi sayda 10 020 ədəd satışı qadağan olunmuş CYTOTEK dərman vasitəsinin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Dövlət Sərhəd Xidməti (DSX)" teqi üzrə xəbərlər
- Bir ayda dövlət sərhədində dəyəri dörd milyon manata yaxın qaçaqmal tutulub
- DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
- Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə hökm oxunub
- Azərbaycana İrandan PUA vasitəsilə narkotik keçirməyə cəhd edilib: Saxlanılanlar var
- DSX əməkdaşlarının maaşlarının məbləğləri yeni redaksiyada təsdiqlənib
Ən çox oxunanlar