Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ və ərəb ölkələri İranla gizli danışıqlar aparır?
ABŞ hökuməti bir neçə ərəb ölkəsi ilə birlikdə Yaxın Şərqdə atəşkəs və sülhün bərpası üçün İranla gizli danışıqlar aparır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat verib.
Təşəbbüs tərəflərin bütün cəbhələrdə eyni vaxtda barışıq əldə etməsini nəzərdə tutur. Eyni zamanda, İsrail bu danışıqlarda tərəf olmasa da, danışıqların gedişatı barədə məlumatlandırılıb.
Kanal qeyd edir ki, İsrail hökuməti bu cür məsləhətləşmələrlə bağlı mövqeyini hələlik ABŞ-yə bildirməyib.
"Hazırda biz güclü mövqedəyik, atəşkəs bizim şərtlərimiz əsasında olacaq, o cümlədən "Hizbullah" qüvvələrinin El-Litani çayından o tərəfə çıxarılması və sərhəd yaxınlığında "Hizbullah"ın bütün hərbi infrastrukturunun məhv edilməsi məsələləri", - deyə yüksək rütbəli İsrail rəsmisi telekanala bildirib.
Yüksək rütbəli Qərb diplomatı öz növbəsində telekanala deyib ki, İsrail qırıcıları Beyruta zərbələr endirməyə başladıqdan sonra Livanın mövqeyi İsraillə sülh və Qəzza zolağında atəşkəs tələblərindən imtina yönündə dəyişməyə başlayıb.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ Qrenlandiyadan Rusiyaya qarşı istifadə etmək istəyir
- ABŞ-də naməlum şəxslər hərbi anbardan üç "Humvee" avtomobilini oğurladılar
- Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər
- "Haber Global"da ABŞ rəsmilərinin PKK/YPG ilə bağlı ziddiyyətli mövqeyi təhlil edilib
- Kaliforniyada yanğın qurbanlarının sayı artıb
Rəylər