Bakının M.Həsənov küçəsində orta yaşlı kişi qəfil hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, döyülən şəxsin Vasif Hüseynov olduğu məlum olub.
Belə ki, iki naməlum şəxs Abşeron rayon sakini Vasif Hüseynovu döyərək bıçaqla hədələyib, onun 200 manatını və mobil telefonunu alıb.
Şikayət əsasında Yasamal rayon Polis İdarəsi və 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Ağcabədi rayon sakini, 1984-cü il təvəllüdlü Cahid Əliyev tutulub. Saxlanılan şəxsdən 0,261 qram heroin götürülüb.
Digər şəxsin axtarışları davam edir. Faktla bağlı araşdırma aparılır.