Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kürdəmirdə 14 yaşlı qız məktəbdən gəlib intihara cəhd etdi - VİDEO
Kürdəmir rayonun Ərəb Qubalı kəndində 14 yaşlı qız intihara cəhd edib.
Bu barədə “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib.
Yeniyetmə hazırda Bakıda fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə gətirilərək ilkin müayinə olunub, vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.
Məsələ ilə bağlı 14 yaşlı məktəblinin atası Elbrus iddia edib ki, qızı məktəbdən gələn kimi sirkə turşusunu içib.
Atası məktəbdə qızı ilə birlikdə oxuyan uşaqlardan şübhələnir və məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını istəyir.
Daha ətraflı süjetdə:
Kürdəmirdə 14 yaşlı qız məktəbdən gəlib intihara cəhd etdi - VİDEO

"Kürdəmir" teqi üzrə xəbərlər
Ən çox oxunanlar