Kürdəmirdə qətlə yetirilən qadının oğlu danışıb.
İki nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı qətlə yetirilən Nəsibə Aliyevanın oğlu İTV-yə açıqlama verib.
O, qətl hadisəsi ilə bağlı bəzi detalları açıqlayıb:
“İki çörək alıb anama verdim. Daha sonra işlərimi görməyə getdim. Bir müddət sonra mənə xəbər etdilər ki, anam bıçaqlanıb. Gəlib gördüm ki, qardaşım anamın başını kəsib”.
Xatırladaq ki, Kürdəmir Rayon Prokurorluğunun yaydığı məlumata görə, rayonun Şıxımlı kənd sakini İlham Alıyev yaşadığı kəndin ərazisində anası N.Əliyevaya və həmkəndlisi F.Şükürovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, tanışı V.Məmmədovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilərək saxlanılıb.
Ətraflı süjetdə:
14:00
Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, hadisə nəticəsində N.Aliyeva və F.Şükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Kürdəmir Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
13:32
Kürdəmirdə dəhşətli qətl hadisəsi baş verib, oğul anasının başın kəsərək qətlə yetirib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini İlham İsa oğlu Alıyev əvvəlcə anası Nəsibə Soltanəli qızı Aliyevanın başını kəsib, sonra isə qonşusu Famil Oqtay oğlu Şükürovu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.