Bu gün Bakı Apelyasiya Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən Lamiyə Quliyevaya verilən ikinci cəzanın ağırlığı ilə bağlı prokurorluğun verdiyi protestə baxılıb.
Oxu.Az xəbər verir ki, prosesdə çıxış edən Lamiyə həbsxanada uşaq dünyaya gətirməsinin səbəblərindən danışıb.
“Bu addımı atmaqda məqsədim odur ki, mən ömrümün yarısını həbsdə keçirmişəm, keçirirəm və keçirdəcəyəm. Ona görə bu addımı atdım ki, uşağım olsun. Nə media məni qınasın, nə də əhali”, - deyə, məhkum bildirib.
O, həmçinin ictimaiyyətdən, dövlət rəsmilərindən bu işə diqqət ayırmağı xahiş edib:
“Hamıdan xahiş edirəm bu işlə daha ətraflı maraqlansınlar. Düzdür, mən bu cinayəti törətmişəm. Amma bunu etməyimdə məqsəd olub. Əfv olunmağımı sizdən xahiş edirəm”.
Məhkəmə prosesi fevralın 20-də davam etdiriləcək.
09:54
Bu gün Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən Lamiyə Quliyevanın məhkəməsidir.
Oxu.Az xəbər verir ki, saat 11.30-da Bakı Apelyasiya Məhkəməsində Lamiyə Quliyevaya verilən ikinci cəzanın ağırlığı ilə bağlı prokurorluğun verdiyi protestə baxılacaq.
Qeyd edək ki, Lamiyə Quliyeva Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək 10 il azadlıqdan məhrum edilib. Həbsxanada onun barəsində daha bir cinayət işi başlanıb. Lamiyə Quliyevaya Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası barədə hökm verib. (Qafqazinfo)
E.Ə.
www.oxu.az