Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı
Gəncə Apellyasiya Məhkəməsində Bərdə şəhərində qeyri-rəsmi nikahda yaşadığı 36 yaşlı Günay Ələkbərovanı amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Şirxan İmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şirxan İmanov 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Şirxan İmanovun sevgilisi, 8 aylıq hamilə olan Günay Ələkbərova ilə kafedə dalaşıb və qapını bağlayaraq oradan çıxmağa imkan verməyib.
Buna səbəb isə Günayın ilk evliliyindən olan uşaqlarını görmək istəməsi olub. Hadisə vaxtı Günay Ələkbərova aktiv müqavimət göstərdikdə Şirxan zərbələr endirərək onu öldürüb. O, Cinayət Məcəlləsinin 120.2.8, 128 və 145.2.2-ci (Hamilə qadını öldürmə, qəsdən sağlamlığa yüngül zərər vurma və qanunsuz azadlıqdan məhrumetmə) maddələri üzrə təqsirli bilinib.
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Ermənistanda rusiyalı hərbçi ölüb: 102 saylı baza bağlana bilər
- Kosmetoloqlar əvvəl həkimlik iddiasında idilər, indi isə fironluq...
- Ruben Vardanyanın məhkəməsi davam etdirilir
- Bakıda qızına təcavüz edən ataya HÖKM OXUNDU
- Abbas Abbasov: "Fransa hakimiyyəti kanak xalqının dinc etirazlarını zorakılıqla yatırıb"