Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məhkəmə Qubad İbadoğlu barəsində qərar verdi - YENİLƏNİB + VİDEO
Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report” xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.
16:02
Dünən saxlanılan Qubad İbadoğlu məhkəməyə gətirilib.
APA xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinə gətirilən Qubad İbadoğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatətinə baxılacaq.
Onun vəkili Zibeydə Sadıqova bildirib ki, Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.
Qeyd edək ki, Qubad İbadoğlu ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, nazirlik Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.
Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.
Rəylər