Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərləri barəsində həbs qətimkan tədbiri seçilib
FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
APA xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsində müstəntiqin verdiyi vəsatətlərə baxılıb.
Məhkəmə vəsatətləri təmin edib və onların hər biri barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib.
Onlara Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Saxlanılanlardan “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev Bakı Mühəndislik Universitetinin müəllimidir.
Rəylər