Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Saxlanılan FETÖ üzvü universitet müəllimi imiş - HÖKM OXUNDU
2023-cü ilin iyul ayında Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat çərçivəsində saxlanılan şəxslərdən daha biri - 1980-ci il təvəllüdlü Ruslan Əliyevə hökm oxunub.
Oxu.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsi R.Əliyevi Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167-ci (dinə etiqad etməyə məcbur etmə) maddələri ilə təqsirli bilib.
Araşdırmalarla müəyyən edilib ki, Ruslan Əliyev "Yurd" mərkəzinin direktoru və Bakı Mühəndislik Universitetinin (keçmiş "Qafqaz" Universiteti) müəllimidir.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan R.Əliyevin avtomobilindən və yaşadığı evdən FETÖ terror təşkilatının bir müddət öncə vəfat etmiş lideri Fətullah Gülənin çoxsaylı kitabları və saxta pullar, digər çap nümunələri və təbliğat vasitələri götürülüb.
Məhkəmənin hökmü ilə Ruslan Əliyevə 5 il 6 ay həbs cəzası verilib.
Qeyd edək ki, əməliyyatlar çərçivəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olduğu iddia edilən Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, "Yurd" mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev və İlkin Həşimli saxlanılmışdı.
Bir neçə gün əvvəl Binəqədi Rayon Məhkəməsi İlkin Həşimliyə də 5 il 6 aylıq həbs cəzası verib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- "Oleq Bakinski"nin məhkəməsində tanınmış idmançının ifadəsi səsləndirildi
- Bakıda bir nəfərin 22 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanıldılar
- Daxili Qoşunların yaranmasından 33 il ötür
- Bakıda avtomobilinə hücum edilən şəxs SAHİBKAR İMİŞ - DETALLAR
- Dəyənəkli "Polat Alemdar"lar və sayrışan işıqlar...