Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məhkəmədən tiktoker "Vaqa" ilə bağlı QƏRAR
"TikTok" əməliyyatında həbs edilən "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadə ev dustaqlığına buraxılmayıb.
Oxu.Az Lent.az-a istinadən məlumat verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.
Onunvəkili Arzu Cavadov Nərimanov rayon məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs-qətimkan tədbirindən narazı olduğunu bildirib.
Vəkil vəsatətində göstərib ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşaq var, anası ağır onkoloji xəstəlikdən əziyyət çəkir.
Daha sonra məhkəmə yekun qərarı elan edib.
Qərara əsasən, "Vaqa" ləqəbli tiktokerin şikayəti təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin onun barəsində çıxardığı qərar qüvvədə qalıb.
Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətlərdə təqsirləndirilirlər.
"Bakı Apellyasiya Məhkəməsi" teqi üzrə xəbərlər
- Ramiz Mehdiyevin qızının uduzduğu məhkəmə işi: "Görünür, heç kimə qismət olmayacaq"
- Məhkəmə 9 milyonluq mənimsəmədə təqsirləndirilən MN-in sabiq vəzifəli şəxsi barədə qərar verib
- Küçədə cinsi əlaqəyə görə avtobus sürücüsünü öldürdülər - HƏSSAS GÖRÜNTÜLƏR
- "Otto"dakı davada tutulan tələbəyə görə təcili iclas keçirildi, azadlığa buraxıldı
- Bakıda qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq böyük məbləğdə cərimələnib