Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib
Baş Prokurorluğun vəsatəti əsasında Moldova Respublikasının səlahiyyətli orqanları tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Emin Nazim oğlu Həsənovun ekstradisiyası haqqında qərar qəbul olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə daxil olmaqla törədilən oğurluq) maddəsi ilə təqsirləndirilən Emin Nazim oğlu Həsənov məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Emin Həsənov Moldova Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
"Ekstradisiya" teqi üzrə xəbərlər
- Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
- Azərbaycanda tutulan cinayətkar aylar sonra Tacikistana təhvil verildi
- Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir
- Türkiyə İnterpol xətti ilə axtarışda olan qadını Rusiyaya ekstradisiya etdi
- Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilib
Rəylər