Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Naxçıvanda erkən nikaha növbəti cəhdin qarşısı alındı
Naxçıvanda növbəti dəfə erkən nikaha cəhdin qarşısı alınıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Şərur rayonunda erkən nikaha cəhd edilib.
Belə ki, Şərur rayon Yuxarı Aralıq kənd sakini, 2 avqust 2007-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan N.T-nin (ad və soyad şərtidir) 25 aprel 1996-cı il təvəllüdlü Şərur rayon İbadulla kənd sakini F.N. (ad və soyad şərtidir) ilə 2024-cü il 11-13 oktyabr tarixlərində toy mərasimlərinin keçiriləcəyi məlumatı əldə edilib.
Həmin məlumat əsasında 2024-cü il oktyabrın 7-də Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerində araşdırılıb və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, bundan öncə Şərur rayon Xələc kəndində analoji hal yaşanmışdı.
"Erkən nikah" teqi üzrə xəbərlər
- Ağcabədidə 13 yaşında ana olduğu deyilən qız ailəsinə TƏHVİL VERİLDİ
- Ağcabədidə 13 yaşlı qızın övladı dünyaya gəldi
- İraqda uşaq evlilikləri haqqında qalmaqallı qanunun icrası dayandırıldı
- Azərbaycanda boşanmaq üçün müraciət edən şəxsin cinayəti üzə çıxdı, həbs edildi
- Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ailəsinə TƏHVİL VERİLİB