Bakı sakinləri Əlisahib Dünyamalıyev və Şamil Quliyev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildiriblər ki, ofisiant işlədikləri şadlıq sarayından gecə çıxıb evlərinə gedərkən Neftçilər metrostansiyasının yaxınlığındakı parkda tanımadıqları şəxslər onların qarşılarını kəsiblər, pul və mobil telefonlarını alıb qaçıblar.
Oxu.Az-ın APA TV-yə istinadən xəbərinə görə, keçirilən tədbirləri quldurluq hadisəni törətməkdə təqsirli bilinən Cəlilabad sakini Orxan Məmmədov, Astara sakini Şamxal Şahverdiyev və Ucar sakini İsmayıl Hüseynov saxlanılaraq istintaqa təhvil veriliblər.
Hadisəni törətməkdə təqsirləndirilənlər 8-ci kilometr bazarında arabacı işləyiblər. İşdən sonra qazandıqları pullarıb barda xərcləyən tanışlar ordan pulsuz cıxdıqlarından quldurluq etmək qərarına gəliblər. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanıb.