Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Orduxan Bəbirov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
Xaricdə yaşayan blogger Orduxan Bəbirov (Teymurxan) Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.
Bildirilib ki, təqsirləndirilən şəxs Orduxan Teymurxan oğlu Bəbirov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 may 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Qeyd edək ki, Orduxan Teymurxan oğlu Bəbirov Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 7 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.

"İctimai Televiziya (İTV)" teqi üzrə xəbərlər
- Paşinyanın müsahibəsində Azərbaycanı qane etməyən məqamlar
- Azərbaycanda televiziya kanalının adı DƏYİŞDİRİLDİ
- İşarət dili yalnız dörd televiziya kanalına tətbiq ediləcək
- "Avroviziya 2025"in Azərbaycandan olan şərhçiləri məlum oldular
- Azərbaycanın "Avroviziya" təmsilçisinin ifa edəcəyi mahnı məlum olub