Bakıda məişət tullantıları poliqonundan silah-sursat tapılıb.
Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən “Təmiz şəhər” ASC-nin Balaxanı məişət tullantıları poliqonundan istifadəyə yararsız “Makarov” markalı tapança, pnevmatik tapança, süngü bıçaq, 198 ədəd müxtəlif çaplı patron və avtomat üçün patron darağı tapılıb.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Abşeron, Binəqədi, Yasamal və Nərimanov rayonları ərazilərində səyyar ticarətlə məşğul olan Ədil Sadıqlıdan, Şaiq Ağayevdən, Yusif Verdiyevdən, Seymur Ağayevdən, Təbriz Məmmədovdan və İradə Abbasovadan ümumilikdə 5771 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.
Nəsimi rayonunda isə avaralıq və dilənçiliklə məşğul olan 4 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Zaqatalalda Qadağan olunmuş dini təriqətlərdən birini təbliği ilə bağlı əyani vəsaitlər aşkar edilərək götürülüb.
Belə ki, dekabrın 21-də Zaqatala rayonun Mamrux kəndində yaşayan Məhəmmədrəsul Canayevin evində, oğlu İslamın və Ağdaş rayon sakini Cabir İsmayılovun qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etmələri RPŞ əməkdaşları tərəfindən müəyyən edilib.
Evə baxış zamanı 4 ədəd dini kitab, 25 ədəd broşüra və 11 ədəd audio kasset aşkar edilərək götürülüb.
E.Ə.
www.oxu.az