Bakıda qadının çantasını oğurlayan şəxs saxlanılıb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Qaraçuxur qəsəbəsində naməlum şəxs qəsəbə sakini Surayyə Məmmədovaya zor tətbiq edərək çantasını alıb.
Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Hamil Abuşov tutulub.
Faktla bağlı araşdırma aparılır.