Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İki nəfərin yaralanmasına səbəb olan sürücü barəsində QƏRAR
Abşeron Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əkbər Həsənovun (ad şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə qərar verilib.
Məhkəmənin qərarı ilə Ə.Həsənovun Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Milli Məclisin "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci və 1.16-cı bəndlərinə və Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 30 aprel 2021-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində qeydə alınıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Əkbər Həsənov VAZ-21723 markalı maşınla hərəkətdə olarkən Abşeron RPİ-nin Post Patrul Xidməti maşınına çırpılıb. Nəticədə PPX bölüyünün iki polis nəfəri xəsarət alıb.
Hadisədən üç il sonra qəzaya düşən polislərdən biri dünyasını dəyişib. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, o, kəskin respirator çatışmazlıq səbəbindən vəfat edib.
Rəylər