Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qaçan dustaqlardan digəri də kriminal şəxs olub
Ədliyyə Nazirliyi Penitensiar Xidməti iki məhkumun qaçması xəbərini təsdiqlədikdən sonra şəxslər barədə bəzi təfərrüatlar məlum olub.
Oxu.Az Modern-ə istinadən xəbər verir ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Etibar Ələkbər oğlu Məmmədov qəsdən adam öldürmədə (Maddə 120) təqsirləndirilir.
E.Məmmədovun əvvəllər tərbiyə müəssisəsində cəza çəkdiyi bildirilir. Ən ilginc olanı isə, E.Məmmədovun 1996-cı ildə ölkədə böyük rezonans doğuran qətldə ittiham olunmasıdır. Belə ki, həmin il 7 nəfər məhkum həbsxanada nəzarətçini boğaraq öldürüb, daha sonra qaçmağa nail olublar. Həmin 7 nəfərdən birinin məhz E.Məmmədov olduğu qeyd edilir. O, həmin vaxt azyaşlı (16 yaş) olduğu üçün cəzası o qədər də ağır olmayıb.
E.Ə.
www.oxu.az
Rəylər