Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu
Mayın 23-də saat 21 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Rza Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Göyçay Rayon Prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mehdi Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rza Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mehdi Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Məhkəmədə azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasəti ifşa edilib
- 20 yaşlı oğlan əsgər yoldaşını "yetim" sözünə görə yatdığı yerdə güllələyib
- Bakıda məktəbli qətl törətdi: "Qolum qıza dəydi, mübahisə etdik"
- Beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub
- Tərtərdə gəlinini 24 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilən kişi həbs edildi